Rusiya Estoniyanın sərhədlərini pozdu
Rusiyaya məxsus "An-72" tipli döyüş təyyarəsi Estoniyanın hava sərhədini pozub.
6 Sentyabr 2016 19:00 DünyaRusiyaya məxsus "An-72" tipli döyüş təyyarəsi Estoniyanın hava sərhədini pozub.
Qafqazinfo-nun "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Estoniyanın Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarə sentyabrın 5-də Estoniyanın hava məkanına daxil olaraq Finlandiya körfəzindəki Vayndlo adasının yaxınlığında 15 dəqiqə dövrə vurub.
Qeyd olunur ki, Rusiyanın Tallindəki səfiri etiraz notasından sonra Estoniyanın Xarici İşlər Nazirliyinə dəvət olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31