Gülənin sevimli oyuncaqları

Hazırda ABŞ-da gizlənən "FETÖ" terror təşkilatının lideri Fətullah Gülənin sevdiyi oyuncaqların adı açıqlanıb.

Hazırda ABŞ-da gizlənən "FETÖ" terror təşkilatının lideri Fətullah Gülənin sevdiyi oyuncaqların adı açıqlanıb.

Publika.az bildirir ki, Fətullah Gülənin ən çox sevdiyi oyuncaqların tank və təyyarə maketləri olduğu məlum olub.
 
Türkiyə mediası yazır ki, hazırda Fətullah Gülən evində və kabinetində təyyarə və tank maketləri saxlayır. Onun Belma adlı ibtidai sinif müəlliminin sözlərinə görə, Fətullah Gülən uşaqlıqda hərbçi olmaq istəyib: "Hələ 17 il öncə jurnalist Ahmet Tulgar "Milliyet" qəzetində Fətullah Gülənlə bağlı "Hərbiyə maraqlı" başlıqlı məqalə yazmışdı. 1999-cu il iyunun 20-də dərc olunan həmin məqalədə Fətullah Gülənin şəxsi həyatına və gündəlik məşğuliyyətinə dair məlumatlar da yer alıb. Həmin məqalədə qeyd olunur ki, 1986-cı ildə Fətullah Gülənə qarşı açılan cinayət işi ilə bağlı onun evində axtarış aparılıb. Axtarış zamanı Gülənin evində xeyli sayda təyyarə və tank maketləri tapılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31