Ermənistana Rusiya qazının verilməsi dayandırılıb

Gürcüstanın qaz nəqliyyatı şirkəti rəsmi olaraq "Ermənistan Qazprom" QSC-ni sentyabrın 7-dən 12-dək təbii qazın Ermənistana verilməsinin müvəqqəti dayandırılması haqqında xəbərdar edib.

Gürcüstanın qaz nəqliyyatı şirkəti rəsmi olaraq "Ermənistan Qazprom" QSC-ni sentyabrın 7-dən 12-dək təbii qazın Ermənistana verilməsinin müvəqqəti dayandırılması haqqında xəbərdar edib.

Bu barədə "Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir. 

Qazın verilməsinin dayandırılması diametri 1020 mm olan Qazax-Saquramo magistral qaz kəmərində təmir-bərpa işlərinin aparılması ilə bağlıdır.

Rusiya qazı Ermənistana tranzit yolu ilə Gürcüstan ərazisindən daxil olur, buna görə ölkə tranzit haqqı olaraq ümumi tədarük həcminin 10%-ni alır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31