İspaniyada məşhur kurortlar yanır

İspaniyanın şərqində güclü meşə yanğınları davam edir. Yanğınlar səbəbindən kurortlardan minlərlə turist təlxiyə olunub.

İspaniyanın şərqində güclü meşə yanğınları davam edir. Yanğınlar səbəbindən kurortlardan minlərlə turist təlxiyə olunub.

European bildirir ki, sentyabrın 4-də, axşam saatlarında Alikante vilayətindəki Benitaçel bələdiyyəsində başlayan yanğın güclü külək və rekord istilər nəticəsində sürətlə yayılıb. Ən azı 20 ev yanıb.

Yanğın bölgəsindən təlxiyə olunanlar məktəblərdə, restoranlarda, hostellərdə yerləşdiriliblər.

Kosta-Blanka və Xaveya kimi populyar kurortları artıq minlərlə turist tərk edib.

Hazırda Valensiya vilayətindəki Mühentdə, habelə Alikantedəki Bolulya və Kalyosa de Ensarriya bələdiyyələrində də yanğınlar qeydə alınıb.

Hazırda La Qranadelya milli parkı yanır.

Alovların Portuqaliya və Fransaya keçəcəyi də istisna olunmur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31