NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.
APA xəbər verir ki, səfər sentyabrın 8-9-da gerçəkləşəcək.
Y. Stoltenberq Ankarada Türkiyə rəhbərliyi ilə görüşlər keçirəcək. Bu, 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO baş katibinin ittifaqın üzvü olan Türkiyəyə ilk səfəridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31