"Ölüm qrupu" Avropaya müharibə elan etdi
İŞİD Avropadakı tərəfdarlarını hücuma hazır olmağa çağırıb.
6 Sentyabr 2016 12:03 DünyaİŞİD Avropadakı tərəfdarlarını hücuma hazır olmağa çağırıb.
Publika.az bildirir ki, terror təşkilatının sosial şəbəkə üzərindən şifrəli mesajları açılıb.
"Avropadakı, xüsusilə Fransadakı qardaşlarımız, hücuma keçməyə hazırlaşın, diqqətli və təmkinli olun", - deyə mesajda bildirilir.
Sentyabrın 3-də göndərildiyi ehtimal olunan mesajda İŞİD tərəfdarlarına bütün dəlilləri silmək tövsiyə olunur: "Bir sıra qardaşlarımızın hücumlardan öncə həbs olunduğu haqqında məlumatlar alırıq. Sizə tövsiyə edirik ki, "İslam dövləti" ilə bağlantınızı sübut edəcək foto, video və digər dəlillərin hamısını silin. Digər tərəfdən, gecikmədən hücumlara başlayın".
Məlumatlara görə, İŞİD bu mesajı əsas komandirlərindən olan Əbu Muhammed Əl Adnaninin öldürülməsindən sonra verib. Terrorçular Adnaninin qisasını almağa hazırlaşırlar.
Qeyd edək ki, Əl Adnani İŞİD-in kəşfiyyat qurumu olan "Emni" qrupunun rəhbəri olub. Bu qrup İŞİD-in daxili təhlükəsizliyini təmin etməklə yanaşı, xaricdə törədilən terror aktları da təşkil edir.