Oğlan uşaqlarını fahişəliyə məcbur edən dəstə tutuldu
İndoneziya polisi internet vasitəsi ilə 100 oğlan uşağını fahişəliyə məcbur edən şəbəkəni çökdürüb.
2 Sentyabr 2016 18:00 Dünyaİndoneziya polisi internet vasitəsi ilə 100 oğlan uşağını fahişəliyə məcbur edən şəbəkəni çökdürüb.
Xarici KİV xəbər verir ki,İndoneziya polisi ölkəni sarsıdan bu əməliyyata Facebook sosial şəbəkəsi vasitəsi ilə uşaqların şəkillərini fərqli geyimlərdə paylaşan 40 yaşlı bir şəxsi Yava adasında təqib edərək başlayıb.
Ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Aqunq Setya öncə bir otel otağında basqın zamanı 40 yaşlı cinayətkarı orada 12-18 yaşa qədər oğlan uşaqları ilə birgə tutduqlarını deyib. İstintaqçı cinayətkarın əlinin altında belə oğlan uşaqlarının sayının 100-ə çatdığını qeyd edib.
İstintaq sonrası bu oğlan uşaqlarının sosial şəbəkə vasitəsi ilə 90 - 750 dollar arası qiymətlərlə "satıldıqları" müəyyənləşib.