PKK-nın “qara qutusu” öldü
Üç ay öncə səhhətində yaranan problemə görə şərti-azadlığa buraxılan PKK terror təşkilatının Balkan ölkələri üzrə məsul nümayəndəsi, təşkilatın “qara qutusu” adlanan Mecit Gümüş ölüb.
30 Avqust 2016 13:45 DünyaÜç ay öncə səhhətində yaranan problemə görə şərti-azadlığa buraxılan PKK terror təşkilatının Balkan ölkələri üzrə məsul nümayəndəsi, təşkilatın "qara qutusu" adlanan Mecit Gümüş ölüb.
Xarici media xəbər verir ki, Mecit Gümüş avqustun 22-də müalicə aldığı İraqın Süleymaniyə şəhərindəki xəstəxanada keçinib.
Bu barədə məlumatı isə Türkiyə kəşfiyyatı əldə edib.
Xatırladaq ki, 20 il axtarışda olan və Rusiyada saxta pasportlarla sərbəst gəzən PKK terrorçusu Mecit Gümüş 2011-ci il iyulun 14-də Türkiyəyə verilib. Həmin ili Mecit Gümüş barəsində Türkiyənin Diyarbəkir Ağır Cinayətlərə Qarşı İşlər üzrə Məhkəməsi tərəfindən 22 il 6 ay müddətinə həbs qərarı verilib. Ancaq son illər Mecit Gümüş səhhətində yarnan problemlərə görə tez-tez xəstəxanaya yerləşirlilib. Sonuncu dəfə isə məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb və onun müalicəsinin ev şəraitində davam etdirilməsi qərara alınıb. Lakin Mecit Gümüş müalicə olunmaq əvəzinə, yenidən Kandilə yollanaraq, terrorçulara qoşulub.