Çinin Bişkekdəki səfirliyində partlayışı intiharçı terrorçu törədib

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:22-də yayılıb) Çinin Bişkekdəki səfirliyinin ərazisindəki partlayışı intiharçı terrorçu törədib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın Baş nazirinin müavini Jeniş Razakov deyib.

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 08:22-də yayılıb)

Çinin Bişkekdəki səfirliyinin ərazisindəki partlayışı intiharçı terrorçu törədib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın Baş nazirinin müavini Jeniş Razakov deyib.

***

Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında güclü partlayış baş verməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

***

Çinin Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən səfirliyi yanında partlayış nəticəsində bir nəfər ölüb.

***

Bişkekin cənubunda partlayış baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, partlayış yeri polis əməkdaşları tərəfindən bağlanılıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31