Bişkəkdə terror aktı: maşın Çin səfirliyinə çırpılaraq partladıldı
30 Avqust 2016 10:05 DünyaYerli mətbuatın bildirdiyinə görə, naməlum maşın Çin səfirliyinin qapılarına çırpılıb və bundan sonra güclü partlayış baş verib.
Polis, xilasedicilər və təcili yardım hadisə yerinə cəlb olunub.
Ölən və yaralananlar barədə məlumat verilmir.
* * *08:28
Bu gün səhər Qırğızıstanın paytaxtı Bişkək şəhərinin cənub hissəsində güclü partlayış baş verib.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Bişkək polisinin məlumatına görə, hadisə Çin səfirliyinin yaxınlığında qeydə alınıb.
Bişkək polisinin mətbuat xidmətinin rəhbəri Oljobay Kazabayev bildirib ki, hələlik partlayışın səbəbi və gücü, ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31