Özbəkistanın taleyi necə olacaq?
Kərimovun xəstəliyi özbəkləri bu barədə düşünməyə vadar edib
29 Avqust 2016 17:19 DünyaKərimovun xəstəliyi özbəkləri bu barədə düşünməyə vadar edib
Son günlər Özbəkistan prezidenti İslam Kərimovun səhhətində meydana gələn problemlər özbək xalqını ciddi şəkildə düşündürməyə vadar edib. İndi özbəklər daha çox postkərimov dövrü barədə fikirləşir, ona hazırlaşırlar. Artıq siyasi çevrələr, uzun illərdi Özbəkistanda siyasi maraqlarının təmin olunmasına çalışan xaricü güclər də hərəkətə keçiblər. Bu istiqamətdə daha çox Rusiya və Birləşmiş Ştatların fəallığı özünü büruzə verir. Bu bir reallıqdır ki, Rusiya və Birləşmiş Ştatlar arasında Özbəkistana nəzarət uğrunda bir neçə ildir ki, ciddi şəkildə mübarizə gedir. Ğzbəkistandakı Birləşmiş Ştatlara məxsus hərbi bazadan Birləşmiş Ştatların xısışdırılıb çıxarılmasından sonra Rusiyanın bu ölkədə möhkəmlənməsi Vaşinqtonun heç də ürəyincə deyildi və fürsət düşdükcə Amerika itirilmiş mövqelərinin bərpasına çalışırdı. Hazırda Birləşmiş Ştatlar üçün belə bir fürsətin yarandığını syləmək olar.
Kimin İslam Kərimovu diktator və ya demokrat görməsindən asılı olmayaraq reallıq ondan ibarət idi ki, bu illər ərzində Kərimov Özbəkistanı pis-yaxşı idarə edə bildi. Kiçik istisnaları çıxmaq şərtilə özbək xalqı Kərimovun dövründə siyasi sabitsizlik, xaos və anarxiya ilə üzləşmədi. Məhz Kərimovun siyasi təcrübəsi Özbəkistanı nisbətən sabit, təhlükəsiz ölkələr sırasında qərarlaşdırdı. Bəs görəsən böyük siyasi təcrübəsi olan, uzun illər Özbəkistana rəhbrlik edən İslam Kərimovdan sonra Özbəkistanı nə gözləyir?. Ümumiyyətlə, bu ölkənin sonrakı taleyi necə olacaq?. Özbəkistanda baş verə biləcək xaosa özbək xalqının reaksiyası nə olacaq?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyir ki, artıq dövriyyəyə Özbəkistanın qarışacağı ilə bağlı fikirlər səsləndirilməyə başlanılıb. Partiya sədri hesab edir ki, formalaşma şəraitindən asılı olmayaraq sistemli idarəçilik iistənilən halda xaosdan yaxşıdır: "Səddamın İraqında, Mübarəkin Misirində, Qəddafinin Liviyasında yaxşı idi, yoxsa indi? İstisna deyil ki, Özbəkistan barədə də belə sual bir azdan ortaya çıxsın. Söz yox ki, demokratik cəmiyyətlərə bütün millətlər haqq edir. Lakin onlara belə quruluş yaratmağa imkan verəcəklərmi? İnanmıram. Yaşadığımız nümunələr bunun əksini iddia edir. Deməli, bizdə demokratik yolla hakimiyyətə gələn və özünü müdafiə gücü olan sərt lider siyasi idarəçiliyin başında olmalıdır". Əli Əliyev onu da bildirib ki, avtoritar hakimlər bu gün yalnız müsəlman dövlətlərində deyil, qeyri-müsəlmanlarda da vardır: "Misal üçün Belarus və ya Rusiya. Yaxın tarixdə də qeyri-müsəlman diktatorlar mövcud olub. Onların davranışları təmamilə müsəlman liderlərdən fərqlidir. Pinoçet Çilini qırmızı ideologiyanın caynağından qoparmaq üçün hərbi xunta qurmuş, səhman
yaratmış, sonra isə könüllü şəkildə seçki keçirərək hakimiyyəti təhvil vermişdi. Eyni prosesi İspaniya nümunəsində də görmək olur. Diktator Franko şəxsən siyasi islahatları hazırlayaraq, özündən sonra demokratik İspaniyanın qurulma ssenarisini şəhzadə Xuan Karlosa ötürmüşdü. Müasir avtoritarlar da fərqlidir. Lukaşenko və Putin avtoritar olsalar da, dövlət quruculuğu və ictimai maraqlar məsələsində müsəlman liderlərdən tamam fərqli fəaliyyət göstərirlər". VİP sədri onu da deyib ki, bu kimi ölkələrdə bəzən dövlət protokolları belə ailə piramidasına uyğun qurulur: "Elə müzakirə olunan İslam Kərimovun ailəsində də ata-övlad qarşıdurması uzun müddət idi ki, davam edirdi. Sonsuz hakimiyyət duyan Kərimova bacıları müxtəlif saray və beynəlxalq qalmaqallarına cəlb olunmuşdular. Belə kəskin fərqin nədən qaynaqlandığını sona qədər hesablamaq olmur. Əlbəttə ki, burada mental fərqlər də mövcuddur. Lakin müsəlman ölkələrin belə tərzdə, feodal düşüncədə, orta əsrlərə xas zəkada idarə olunmasının kənar, dünyaya siyasi şərtləri diqtə edən çevrələrin "xidmətləri" də olmamış deyil. Türk, Ərəb, Fars dünyasında yerləşməsindən asılı olmayaraq, həmin çevrələr demokratiyanı onlar üçün məqbul görmür, dağıntı və müharibəni təşkil edirlər. Əhalinin siyasi maarifinin qarşısını hər vəhclə önləyir, Dünən Misir, Liviya, İraq, bu gün Suriya, sabah isə Özbəkistan və s. nümunələr hər başlanğıcın sonun da olduğunun işarəsidir".
Füzuli