Azərbaycanlı gənc erməni sevgilisini öldürdü

Rusiyanın NTV kanalı Moskvada aşiq olduğu erməni qızını qətlə yetirən azərbaycanlı gəncin törətdiyi bu səs-küylü qətllə bağlı reportaj yayıb.

Rusiyanın NTV kanalı Moskvada aşiq olduğu erməni qızını qətlə yetirən azərbaycanlı gəncin törətdiyi bu səs-küylü qətllə bağlı reportaj yayıb.

Virtualaz  bildirir ki, həmin gəncin adının Emil Zülfüqarov olduğunu deyən telekanalın verdiyi məlumata görə, məhkəmə artıq Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin tələbəsi olan Emil Zülfüqarovun barəsində 2 aylıq həbs-qəti imkan tədbiri seçib.

Emil Zülfüqarovun sevgisini rədd etdiyi üçün öldürülən erməni qızının adı isə Anna Sərkisyandır. Onlar qonşu binalarda yaşayıblar.

Qətl anını küçədə qoyulmuş videomüşahidə kamerası qeydə alıb. Kadrlardan görünür ki, azərbaycanlı gənc aşiq olduğu qızın qarnına bıçaqla bir neçə zərbə endirir, daha sonra hadisə yerindən qaçır. Qan içində olan qız asfaltda uzanılı qalır və təcili tibbi yardım gələnə qədər keçinir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31