PKK-çı qadın təslim olmadı, öldürüldü

Türkiyənin Van vilayətində antiterror əməliyyatı keçirilib.

Türkiyənin Van vilayətində antiterror əməliyyatı keçirilib.

Axar.az bildirir ki, təhlükəsizlik qüvvələrinə iki təşkilat üzvünün bir vətəndaşın evinə girdiyi barədə məlumat daxil olub. Hərbçilərin "təslim ol" çağırışına əhəmiyyət verməyən terrorçular ağır çaplı silahlardan atəş açmağa başlayıblar.
 
Yaranan qısa qarşıdurmada biri qadın olmaqla, iki silahlı məhv edilib.
 
Evdə aparılan axtarış zamanı terrorçulara məxsus 2 ədəd "Kalaşnikov" avtomatı, 6 xəzinə, 1 ədəd "Blov F 92" tipli tapança ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31