İŞİD Yəməndəki partlayışa görə məsuliyyəti üzərinə götürüb
Yəmənin Ədən şəhərindəki partlayışa görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
29 Avqust 2016 13:50 DünyaYəmənin Ədən şəhərindəki partlayışa görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 65 nəfərə çatıb.
Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsinin yaxınlığında baş verib. Terrorçu-kamikadze ölkənin silahlı qüvvələrinin sıralarına qoşulmaq istəyən şəxslərin yaxınlığında avtomobili partladıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31