Ukraynada Milli Aviasiya Universitetinin rəhbəri rüşvətə görə saxlanılıb

Ukraynada Milli Aviasiya Universitetində rektor vəzifəsini icra edən şəxs rüşvətə görə saxlanılıb.

Ukraynada Milli Aviasiya Universitetində rektor vəzifəsini icra edən şəxs rüşvətə görə saxlanılıb.

Məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko "facebook" səhifəsində yazıb.

Bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi ölkə prezidentinə rektor əvəzinin 170 min avro rüşvətə görə saxlanıldığı barədə məlumat verib. Mətbuat katibinin sözlərinə görə, əməliyyat Ukrayna Milli Antikorrupsiya Bürosu və Ukrayna antikorrupsiya prokurorluğu ilə birgə aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00