Ermənistanda Rusiya FTX kapitanının maşını aşıb: bir ölü, bir yaralı
Ermənistanda Rusiya Federal Təhlükəsiz Xidməti (FTX) Sərhəd İdarəsinin kapitanı Alkesandr Svitkonun idarə etdiyi "Mitsubishi Pajero" markalı maşının aşması nəticəsində bir nəfər ölüb, sürücü isə yaralanıb.
26 Avqust 2016 17:12 DünyaErmənistanda Rusiya Federal Təhlükəsiz Xidməti (FTX) Sərhəd İdarəsinin kapitanı Alkesandr Svitkonun idarə etdiyi "Mitsubishi Pajero" markalı maşının aşması nəticəsində bir nəfər ölüb, sürücü isə yaralanıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Arteni-Getap avtomobil yolunda qeydə alınıb.
İnfromasiyaya əsasən, avtomobilin yarğana yuvarlanması nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin müddətli hərbçisi Artak Petrosyan ölüb. Sürücü - kapitan Aleksandr Svito isə huşsuz halda xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.