PKK çevriliş planı hazırlayıb - ŞOK İDDİA

PKK terror təşkilatı Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzaniyə qarşı çevriliş planını həyata keçirməyə hazırlaşır.

PKK terror təşkilatı Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzaniyə qarşı çevriliş planını həyata keçirməyə hazırlaşır.

Publika.az bildirir ki, bu iddia ilə "Habertürk" kanalının efirində türkiyəli təhlükəsizlik mütəxəssisi, keçmiş kəşfiyyatçı Mete Yarar çıxış edib.
 
O, Bərzaninin PKK-nın bir nömrəli hədəfi olduğunu və onun hakimiyyətdən uzaqlaşdırılması üçün böyük bir çevriliş planının hazırlandığını deyib.
 
"Kürd muxtariyyətinin təxminən 40 kəndi PKK-nın işğalı altındadır. Bərzani PKK ilə mübarizədə 3 min peşmergəni itirib. Bu gün bölgədə olan Türkiyə hərbçilərinin orada qalmasını təmin edən məhz Bərzaninin dəstəyidir. İraqın mərkəzi hökuməti türk əsgərinin PKK ilə mübarizə aparmasını istəmir. Buna qarşı çıxan isə Bərzanidir", - Mete Yarar qeyd edib.
 
O, Bərzanini əvəz edəcək şəxsin Türkiyə ilə ortaq hərəkət edəcəyinə dair şübhələrin olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31