FETÖ əməliyyatı – Daha 3 futbolçunun mülkiyyətinə həbs qoyuldu
“Qalatasaray”ın sabiq futbolçuları Arif Ərdəm, Uğur Tütünəkər və İsmail Demirizin mülkiyyətinə həbs qoyulub.
26 Avqust 2016 12:51 Dünya"Qalatasaray"ın sabiq futbolçuları Arif Ərdəm, Uğur Tütünəkər və İsmail Demirizin mülkiyyətinə həbs qoyulub.
Publika.az xəbər verir ki, Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsinə tutulma əmri verilən sabiq futbolçular haqqında daha bir şok qərar çıxarılıb. Onların mülkiyyətinə həbs qərarı verilib.
Bundan əvvəl "Qalatasaray"ın başqa bir əfsanəsi Hakan Şükürün də mülkiyyətinə həbs qoyulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31