"Huffington Post": "Ermənistan hələ də Rusiyanın müstəmləkəsi olaraq qalır"

Baxmayaraq ki, Ermənistanın müstəqilliyinin 25-ci ildönümü sevinc üçün səbəb olmalıdır, ermənilərin əksəriyyəti əldən verilmiş imkanlar barədə düşünür.

Baxmayaraq ki, Ermənistanın müstəqilliyinin 25-ci ildönümü sevinc üçün səbəb olmalıdır, ermənilərin əksəriyyəti əldən verilmiş imkanlar barədə düşünür.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Huffington Post" nəşrində erməni müəllif Armine Saakyanın SSRİ-dən ayırılıb müstəqilliyini elan etməsinin 25-ci ildönümü ərəfəsində Ermənistanın fəlakətli vəziyyətinə həsr olunmuş məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, ölkə müstəqilliyinin ildönümünü keçmiş SSRİ-nin ən kasıb ölkələrindən biri statusunda qeyd etməyə hazırlaşır. Vurğulanır ki, Ermənistanda korrupsiya halları baş alıb gedir, ölkədə zəngin və yoxsul təbəqə arasında böyük uçurum var. Müəllifin fikrincə, Ermənistan bu gün necə "sağ qalacağını" düşünür.

İndiki Ermənistanı Sovet dövründəki ilə müqayisə edən nəşr yazır ki, əvvəllər ermənistanlı tələbələr SSRİ-nin nüfuzlu universitetlərinə qəbul olunurdular, indi isə ölkənin elit ali təhsil ocaqlarına daxil olmaq üçün rüşvət verməlisən: "Eyni durum səhiyyə sahəsində də mövcuddur. Əməliyyat olunmalısınızsa, rüşvət versəz yaxşıdır, əks halda uzun müddət yaşamayacaqsız".

Müəllif eyni zamanda vurğulatır ki, ölkənin bu vəziyyətdə olmasının səbəbi yalnız sözdə azad olub, əslində isə hələ də Rusiyanın müstəmləkəsi olaraq qalmasıdır.

A.Saakyan ölkənin 2013-ci ildə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqla Rusiyanın asılılığından çıxmaq üçün şansı olduğunu, amma Vladimir Putinin Serj Sarqsyanı danışıqlar üçün yanına çağırdığını xatırladıb: "Danışıqların iştirakçılarından başqa heç kim prezidentlərin nə danışdığını bilmir, lakin Putinin Sarqsyanın qarşısına ultimatum qoyduğun aydın məsələdir. Çünki bu görüşdən sonra Ermənistan Avrasiya İttifaqına daxil olduğunu bəuan etdi. Ermənistanda qərbyönümlü hökumətin olmasını ən az Putin istəyir".

Müəllif məqalənin sonunda vurğulayır ki, Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü sevinclə qeyd etməyəcək, çünki onun ölkəsi müstəqil deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31