Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri təxirə salınıb

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimovun Türkiyəyə səfəri təxirə salınıb.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimovun Türkiyəyə səfəri təxirə salınıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfərin təxirə salınmasının səbəbləri açıqlanmayıb.

Məlumata görə, V.Gerasimov Ankaraya bir müddət sonra gedəcək. 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin avqustun 26-da Türkiyəyə səfər etməsi və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahnın rəisi ordu generalı Hülusi Akar ilə görüşməsi planlaşdırılırdı. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31