Türkiyədə KİV-ə Şırnakdakı teraktla bağlı məlumat yaymaq müvəqqəti qadağan olunub
Türkiyədə kütləvi informasiya vasitələrinə Şırnak vilayətində baş vermiş terror aktı ilə bağlı məlumat yaymaq müvəqqəti qadağan qoyulub.
26 Avqust 2016 11:24 DünyaTürkiyədə kütləvi informasiya vasitələrinə Şırnak vilayətində baş vermiş terror aktı ilə bağlı məlumat yaymaq müvəqqəti qadağan qoyulub.
Anadolu agentliyini xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub.
Qeyd edək ki, bu gün Şırnak vilayətində partlayış baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, 60 nəfər isə yaralanıb.
İlkin məlumatlara görə, partlayışın arxasında PKK terror təşkilatı dayanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31