Yer kürəsinin yaxınlığında yeni planet aşkarlanıb
Beynəlxalq tədqiqatçı qrupu yer kürəsinə cəmi 4 işıq ili məsafəsində yaşayış olan planet aşkarladığını bəyan edib. “OLAYLAR”-ın Türkiyə bürosunun xəbərinə görə, Proksima adı verilən planet yer kürəsindən həcm olaraq bir az böyük ola bilər.
25 Avqust 2016 16:23 DünyaBeynəlxalq tədqiqatçı qrupu yer kürəsinə cəmi 4 işıq ili məsafəsində yaşayış olan planet aşkarladığını bəyan edib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Proksima adı verilən planet yer kürəsindən həcm olaraq bir az böyük ola bilər. Planet Alfa Sentavr sistemində yerləşir və Proksima Sentavr ulduzunun ətrafında hərəkət edir. Planet öz ulduzu ətrafında 11 gün müddətində dönür. Alimlərin iddiasına görə, planetdə su var və buradakı havanın hərarəti yaşayış üçün əlverişlidir. İddialara görə planetdə tropik qurşaq və günəş işığının ən çox düşdüyü maye su səhələri mövcuddur. Bundan əvvəl isə yer kürəsindən 13.7 işıq ili uzaqlığında yerləşən Wolf 106 planetində həyat olduğu iddia edilmişdi.