İlk sürücüsüz taksi fəaliyyətə başladı

Sinqapurun "nuTonomy" şirkəti dünyada ilk sürücüsüz taksini xəttə buraxıb.

Sinqapurun "nuTonomy" şirkəti dünyada ilk sürücüsüz taksini xəttə buraxıb.

Lent.az bildirir ki, "nuTonomy" şirkətinin pilotsuz avtomobil parkı hazırda 6 avtomobildən ibarətdir. Ancaq şirkət bu sayı 2016-cı ilin sonuna qədər 12 maşına qədər artırmağı planlaşdırır.
 
2018-ci ilə qədər "nuTonomy" Sinqapurdakı bütün taksiləri "Renault Zoe" və "Mitsubishi i-MiEV" markalı elektromobillərlə əvəz etmək niyyətindədir. 
 
İlkin mərhələdə sürücüsüz taksi xidməti şəhərin iş mərkəzinin 2,5 kvadratmil ərazisində işləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31