Dünyanın ən böyük mədəni
Rusiyanın Yakutiya bölgəsindəki "Mirnaya" kimberlit borusu dünyanın ən dərin və böyük mədənlərindən biridir.
16 Avqust 2016 17:09 DünyaRusiyanın Yakutiya bölgəsindəki "Mirnaya" kimberlit borusu dünyanın ən dərin və böyük mədənlərindən biridir.
Milli.Az bildirir ki, mədənin dərinliyi 525 metr, diametri 1,2 kilometrdir. Burada almazlı kimberlit filizinin hasilatı 2001-ci ilin iyun ayında dayandırılıb.
Hazırda mədəndə "Mirnıy" adlı yeraltı mədənin inşası aparılır. Məqsəd kimberlit borusunda qalan və açıq üsulla hasilatı sərfəli olmayan ehtiyatların çıxarılmasıdır.
18 milyard dollarlıq almaz ehtiyatlarının olduğu mədən üzərindən vertolyotların uçuşu yasaqdır. Çünki mədənin dərinliyi onları içəri çəkir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31