Məscidin tavanı çökdü: yaralılar var
Mardində tikintisi davam edən məscidin qübbəsi çöküb.
16 Avqust 2016 16:58 DünyaMardində tikintisi davam edən məscidin qübbəsi çöküb.
Türkiyə KİV-i bildirir ki, dağıntılar altında qalan işçiləri xilas etmək üçün hadisə yerinə çoxlu sayda polis əməkdaşları və xilasetmə qrupları çağırılıb. Uçqun altından çıxarılanlardan ikisinin vəziyyəti ağır olmaqla, 5 yaralı xəstəxanaya aparılıb.
Qeyd edək ki, Karayolları meydanında bir xeyriyyəçi tərəfindən inşa etdirilən məscidin ikinci mərtəbəsində olan qübbə çöküb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31