Son dəqiqə: Fətullah Gülənin telekanalı və PKK-nın qəzeti bağlandı
Radio Televiziya Yüksək Qurumunun (RTÜK) qərarı ilə Türkiyədə fəaliyyət göstərən “Kanal 35” televiziya kanalının yayımı dayandırılıb.
16 Avqust 2016 16:06 DünyaRadio Televiziya Yüksək Qurumunun (RTÜK) qərarı ilə Türkiyədə fəaliyyət göstərən "Kanal 35" televiziya kanalının yayımı dayandırılıb.
Avropa.info xəbər verir ki, 15 iyul çevriliş cəhdindən sonra İzmirdə başladılan istintaqlar çərçivəsində "Orkide Yağları"nı istehsal edən Küçükbay Şirkətlər Qrupunun rəhbəri Əhməd Küçükbay 8 avqust tarixində saxlanılmışdı.
RTÜK də indiyəcən həbsdə olan iş adamı Əhməd Küçükbayın sahibi olduğu yerli "Kanal 35" televiziya kanalı haqqında qərar qəbul edib.
Dünən yerli vaxtla saat 18:30-da televiziya kanalının yayımı dayandırılıb. Televiziyanın binasında isə hər hansı bir əməliyyat keçirilməyib.
Bundan başqa PKK terror təşkilatının mətbuat orqanı olan "Özgür Gündem" qəzeti də İstanbul 8-ci Sülh Cəza Məhkəməsi tərəfindən bağlanılıb.