Putindən Ərdoğana: “Sizin liderliyinizlə...”
9 Avqust 2016 16:15 DünyaBu gün Sankt-Peterburqun Konstantinov sarayında Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında təşkil olunan tarix görüş bir saatlıq gecikmə ilə başlayıb.Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı prezident Vladimir Putin Konstantinov sarayında türkiyəli həmkarı R.T.Ərdoğanın və xarici işlər naziri Mövlud Çavuşoğlunun əlini sıxaraq qarşılayıb.Daha sonra R.T.Ərdoğanı salamalayan V.Putin deyib ki, bu yaxınlarda Türkiyənin yaşadığı xoşagəlməz hadisələr onun üçün də üzücü təsir bağışlayıb: "Türkiyədə yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, iki ölkə arasında baş tutan bu görüş və dialoq hər şeyə rəğmən ölkələr arasındakı münasibətlərin yenidən normallaşmasını başlatmaq istəyini ortaya qoyur. Bu həm də Türkiyə və Rusiya xalqlarının maraqlarını yenidən təmin etməyi göstərir. Bundan əvvəlki illərdə iki ölkə arasında əlaqələr çox yüksək səviyyəyə qalxmışdı. Ancaq bir hərbiçimizin öldüyü məlum hadisələrə görə Türkiyə-Rusiya münasibətlər çox geri düşdü".V.Putin qeyd edib ki, bu gün Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə iqtisadi və ticarət əlaqələrinin yüksəldilməsi, terrorla mübarizədə birgə əməkdaşlıq və digər bu kimi məsələlər müzakirə olunacaq: "Türkiyədə hökumətə qarşı qiyama cəhd baş verəndə, sizə telefonla zəng edib, dəstək nümayiş etdirən ilk adamlardan biri mən oldum. Mən buradan bir daha Türkiyədə konstitusiyaya zidd olan hadisələrə və addımlara qarşı olduğumu bəyan edirəm. İnanıram ki, sizin liderliyinizlə Türkiyə xalqı da bu problemlərin öhdəsindən uğurla gələcək və ölkənizdə sabitlik və ali hüququn tələbləri yenidən təmin olunacaq".