Sərnişinin İŞİD şüarları səsləndirməsi təyyarənin təcili eniş etməsiylə nəticələnib
"Indigo Airlines" aviaşirkətinə məxsus təyyarə Hindistanda Mumbay aeroportuna təcili eniş etməli olub.
28 İyul 2016 11:48 Dünya"Indigo Airlines" aviaşirkətinə məxsus təyyarə Hindistanda Mumbay aeroportuna təcili eniş etməli olub.
Xarici KİV xəbər verir ki, buna səbəb təyyarədəki sərnişinlərdən birinin hava gəmisi yola düşdükdən sonra İŞİD şüarları səsləndirməsi olub.
İŞİD şüarları səsləndirən sərnişin aqressiya əlamətləri göstərməyə başlayan zaman göyərtədəki digər sərnişinlər onu sakitləşdirib.
Təyyarə Dubay-Koçi marşrutu üzrə uçuş həyata keçirirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00