Vaşinqtonda dəmiryol vağzalı boşaldılır
28 İyul 2016 09:04 DünyaABŞ-ın paytaxtı Vaşinqtonda mərkəzi dəmiryol vağzalında bütün sərnişinlər təxliyə edilir.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Vaşinqton polisinin nümayəndəsi bildirib.
"Vağzalda partlayış təhlükəsi var", - deyə polis nümayəndəsi bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları, yanğınsöndürən və tibb briqadaları cəlb edilib.
İlkin ehtimala əsasən, evakuasiya vağzalda şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilir. Dəmiryol vağzalına giriş və çıxış bağlanıb. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31