iPhone satışları kəskin azalıb
"Apple" bu ilin aprel - iyun dövrünü əhatə edən ikinci rüb maliyyə nəticələrini açıqlayıb. Hesabata görə, "Apple"in geriləməsi davam edir.
27 İyul 2016 18:55 Dünya"Apple" bu ilin aprel - iyun dövrünü əhatə edən ikinci rüb maliyyə nəticələrini açıqlayıb. Hesabata görə, "Apple"in geriləməsi davam edir.
Marja xəbər verir ki, bu ilin ikinci rübündə "Apple"in xalis mənfəəti ciddi azalıb.
Ötən ilin eyni dövründə (2015-in ikinci rübü) 10,7 milyard dollar xalis mənfəət əldə edən şirkət, bu ilin eyni dövründə 7,8 milyard dollar xalis qazanc təmin edib.
"Apple"in xalis mənfəəti 27% düşüb və şirkətin gəlirləri iki rüb ardıcıl azalma göstərib.
Şirkətin mənfəətinin azalmasının səbəbi "iPhone" satışlarında baş verən azalmadır.
İkinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə "Apple"in "iPhone" satışları 14,9% azalıb. Şirkət bu dövrdə 40,4 milyon ədəd "iPhone" sataraq ciddi bir gəlir itkisi yaşayıb.
Həmin dövrdə "iPad" satışları 8,7% azalaraq 9,9 milyon, "Mac" (noutbuk və masaüstü) kompüter satışları da 11,4% azalma ilə 4,2 milyon səviyyəsində olub.