İstanbul Boğaziçi körpüsünün adı dəyişdi - 15 İyul Şəhidlər körpüsü

Türkiyədə Nazirlər Kabinetinin fövqəladə iclası başa çatıb.

Avropa.info xəbər verir ki, iclasdan sonra, baş nazir Binəli  Yıldırım mətbuat nümayəndələri qarşısına çıxıb. Yıldırımın açıqlamalarından əsaslarını təqdim edirik:

"Yeni konstitusiya üçün bir anlayış birliyini gördük. Kiçik miqyaslı bir konstitusiya dəyişikliyi bazasını hazırlamaq üzrə birgə iş aparacağıq."

"Fövqəladə  vəziyyət  fəaliyyətlərini nəzərdən keçirdik. Millət fövqəladə vəziyyəti niyə elan etdiyimizi çox yaxşı bilir. Hökumət fövqaladə vəziyyəti millətə deyil, özünə elan edib. Səbəbi FETO terror təşkilatının dövlət çevrilişi cəhdidir."

"Ticarət, səyahət, ictimai həyat eynilə davam etməkdədir. Vətəndaşlar gündüz işində, axşamlar da yurdun hər yerində növbələrinə davam edirlər."

"Qərar verdik ki, bundan sonra,  Jandarm təhlükəsizlik komandanlığı, Sahil təhlükəsizlik komandanlığına tabe olacaq."

"Qərar  verdik ki, Boğaziçi körpüsünün adı 15 İyul Şəhidlər körpüsü olaraq dəyişdirilsin."

"15 iyul şəhidlərinə və yaralarına şəhidlik və gazilik adı veriləcək. Dövlət  banklarında hesab açmışıq, 15 iyul şəhidləri və veteranları üçün yardım ediləcək."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31