Çində təyyarə qəzaya uğradı

Şanxayda dəniz təyyarəsi körpüyə çırpılaraq qəzaya uğrayıb.

Şanxayda dəniz təyyarəsi körpüyə çırpılaraq qəzaya uğrayıb. Hazırda altı nəfərin xilas edilməsi üçün iş aparılır."RİA Novosti" xəbər verir ki, bu barədə beynəlxalq Çin radiosu (CRI) məlumat yayıb.Hadisə şəhər çimərliklərindən birində baş verib. Bu, dəyəri təxminən 4,5 milyon dollar olan dəniz təyyarəsinin ilk uçuşu olub.Hələlik ölən və yaralananların dəqiq sayı məlum deyil.İlkin versiyaya görə, hadisənin başvermə səbəbi texniki nasazlıq olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31