Yerevanın mərkəzində barrikadalar quruldu

Nümayişçilər Yerevanda silahlı adamların ələ keçirdiyi polis post-patrul polkunun yanında barrikadalar qurublar.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın bildirdiyinə görə, bu barədə "Sputnik Armeniya" agentliyi məlumat yayıb.

"Fəallar hardansa metaldan olan polis maneə elementləri tapıb gətiriblər. Boş qalan yerlər isə şəxsi avtomobillər və zibil çəlləkləri ilə bağlanıb. Beləliklə, elə alınıb ki, polkun binasına doğru aparan yollar güc strukturları tərəfindən bağlanıb, ərazidən çıxan yolu isə nümayişçilər nəzarətə götürüblər", - deyə agentliyin məlumatında vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31