Rusiya generalları Ermənistana gedir
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Operativ və Taktiki Baş İdarəsinin nümayəndə heyəti bu gün Ermənistana səfərə gedir.
19 İyul 2016 12:02 DünyaRusiya Federasiyası Silahlı Qüvvələrinin Operativ və Taktiki Baş İdarəsinin nümayəndə heyəti bu gün Ermənistana səfərə gedir. Səfər iyulun 22-dək davam edəcək.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat veriblər.
Məlumatda bildirilir ki, səfər zamanı cari məsələlər, həmçinin Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşdirilməsi barədə razılaşmanın imzalanmaq üçün hazırlanması üzrə danışıqlar aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31