Türkiyədə biznesmenlərin kütləvi həbsi
17 İyul 2016 11:42 DünyaBu gün səhər Türkiyədə hüquq-mühafizə orqanları 60 nəfər biznes adamını həbs ediblər.
Virtualaz.org Haber 7-yə istinadən bildirir ki, onlar Fətullah Gülənin təşkilatına maliyyə yardımı göstərməkdə şübhəli bilinirlər.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni ölkədə hərbi çevrilişə cəhddə ittiham edib.
Onu da qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları indiyədək 2,8 min adamı həbs ediblər. Onların arasında yüksək və orta çinli çoxlu hərbçilər də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31