Baş nazir: "Bu, PKK-dan da alçaq bir terror təşkilatıdır"

Bu, PKK-dan da alçaq bir terror təşkilatıdır.

Bunu Türkiyənin baş naziri Binali Yıldırım deyib.

O qeyd edib: "Dövlətin silahı, tankı, bombası, təyyarəsi, vertolyotu ilə bu ölkənin vətəndaşlarına atəş açanlar PKK terror təşkilatından da alçaq terror təşkilatıdır".

B.Yıldırım bildirib ki, bu millət bu xəyanəti heç vaxt unutmayacaq.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində xeyli sayda ölən və yaralananlar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31