Supergüclərdən Türkiyədə hakimiyyət çevrilişinə ilk REAKSİYA

Türkiyədə hakimiyyətə, insan haqlarına və sivil yaşama qarşı dünən gecə qanlı, şərəfsiz hücum oldu. Onlarla dinc insan həlak oldu, dövlət strukturları partladıldı.

Türkiyədə hakimiyyətə qarşı planın arxasında kimlərin dayandığı barədə artıq ilkin ehtimallar var. Vurğulanır ki, çevrilişin ssenarisi Amerikada özünə sığınacaq tapan Abdulla Gülən və onun tərəfdarları tərəfindən cızılıb.

Türkiyədə hərbi çevriliş cəhdi dünyada şok effekti yaratdı. Hadisəyə dünyanın supergücləri - Amerika və Rusiyadan da ilkin reaksiya gəlib.

Milli.Az bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə ordunun hakimiyyət çevrilişi cəhdinə belə reaksiya verib:

"Türkiyədəki hadisə ilə bağlı ən son məlumatları almaqda davam edirik. Ölümlə nəticələnə biləcək hər cür insidentdən uzaq durmalarını və bu məsələni qanunları çərçivəsində həll etməlidirlər".
 
ABŞ dövlət katibi Con Kerri isə başverənlərə bu cür münasibət bildirib:
"Türkiyədə barış, sülh gözləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31