Hərbi çevrilişi Türkiyə Baş qərərgahının sabiq müşaviri planlaşdırıb

Türkiyədə hərbi çevriliş cəhdi Türkiyə Silahlı Qüvvələri Baş qərərgahının sabiq müşaviri, polkovnik Muharem Kose tərəfindən hazırlanıb.

Kose Baş qərərgah rəisi Hulusi Akarın sərəncamı ilə vəzifədən uzaqlaşdırılıb.

Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı həlak olub. Hərbi çevriliş etməyə cəhd edənlər Atatürk hava limanını tutmağa cəhd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31