Ərdoğan İstanbula qayıdır

Hərbi qiyam cəhdindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbula gəlmək üçün Dalaman Hava limanından "Gulfstream G450" tipli TC-ATA təyyarəsində havaya qalxıb.

Türkiyə vaxtı ilə saat 01.43-də Dalamandan havaya qalxan təyyarə indiki dəqiqələrdə Biga yaxınlığında havada gözləməkdədir. Təyyarənin Atatürk Hava limanına enməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi gözlənilir.

Digər tərəfdən, baş nazir Binəli Yıldırım Türkiyə hava məkanının uçuşa qapadıldığını bildirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31