Azərbaycanlı deputatlardan Türkiyəyə dəstək mesajları...

Türkiyədə baş verən hərbi çevrilişlə bağlı Azərbaycanda da narahatlıqlar yaşanır. Sıravi vətəndaşlar, müxtəlif ictimai şəxslər sosial şəbəkələr vasitəsi ilə Türkiyəyə dəstək olduqlarını, bu hadisələrə üzüldüklərini bildirirlər. 

Musavat.com-un məlumatına görə, deputat Fazil Mustafa bu barədə mövqeyini açıqlayıb: "Bütün insanların demokratiyaya sahib çıxması vacibdir. Allah Türkiyəmizi bu imtahandan da az itkilərlə çıxarar, inşallah... Dualarımızla Türkiyə demokratiyasının yanındayıq!"

Deputat Qənirə Paşayeva da sosial şəbəkələrdə ard-arda yazaraq, bu hadisələri pisləyib və 

Türkiyənin yanında olduğunu bildirib: "Türkiyəni zəiflətmək istəyənlərin oyununa imkan verməyəcəyik. Məhmətcik adını daşıyan bir türk öz qardaşına silah çəkməməlidir. Millətin iradəsinə sayğı duymayanlara, millət sayğı duymaz. İnşallah türk milləti demokratiyaya sahib çıxacaq və qısa zamanda bu kabus bitəcək. Uzaqlarda olsaq da qəlbimizlə yanınızdayıq. Türkiyə bizim də vətənimizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31