Kreml: "Ərdoğan siyasi sığınacaq istəyərsə, müraciətinə baxılacaq"
16 İyul 2016 03:16 DünyaRusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmçitri Peskov bildirib ki, dövlət başçısı Türkiyədə baş verənləri diqqətlə izləyir.
Peskov qeyd edib ki, hazırda Rusiya üşün ən əsas məsələ Türkiyədə olan rusiyalı turistlərin təhlükəsizliyidir.
"Hələ ki, vətəndaşlarımızı Türkiyədən çıxarmaq üçün şərait yoxdur. İlk imkan yaranan kimi vətəndaşlarımızın təhlükəsizliyi təmin olunacaq", - Peskov deyib.
Mətbuat katibi qeyd edib ki, Putin Ərdoğanla ünsiyyətdə olmayıb.
Rusiya tərəfinin Ərdoğana siyasi sığınacaq verib-verməməsi məsələsinə münasibət bildirən Peskov deyib ki, müvafiq müraciət olarsa, baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31