“NATO sammitində qalmaqal” – Ərdoğan Merkeli…

.

Turkustan.info xəbər verir ki,  "Spiegel Online" başda olmaqla  Almaniyanın nüfuzlu  media orqanlarının  "NATO sammitində qalmaqal" başlığı ilə yaydıqları xəbərdə, Türkiyənin İncirlik hərbi bazasında olan alman əsgərlərini ziyarət etmək istəyən Almaniya parlamentinin deputatlarına icazə verməməsinin böhrana səbəb olduğu bildirilir.

İddialara görə, Merkel  Ərdoğandan alman deputatların İncirlik ziyarətinə icazə verməsini tələb edib. Ancaq Ərdoğan Merkelin bu tələbinə  saxta  "erməni soyqırımı" layihəsi ilə cavab verib. Ərdoğan Merkeldən  hökumətinin  saxta  "erməni soyqırımı" layihəsini dəstəkləmədiyini açıqlamasını, deputatların isə saxta layihəni rədd etmələrini  istəyib. Türkiyə prezidenti  ancaq bundan  sonra millət vəkillərinin İncirlikə səfər edə biləcəyini deyib. Merkel isə "qarşılıqlı diplomatik mövqelərimizi müəyyənləşdirdik" deyərək, baş vermiş qalmaqalı yumşaltmağa çalışıb.

Qeyd edək ki, bəzi alman mediası baş verdiyi iddia olunan olayı, "Ərdoğan Merkeli acıladı", bəziləri isə "NATO sammitində qalmaqal" başlığı təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31