Neonasistlərlə antifaşistlər dalaşdılar: 10 yaralı - FOTO

ABŞ-ın Kaliforniya ştatındakı Sakramento şəhərində neonasistlərlə antifaşistlər arasında qanlı toqquşma olub. Toqquşmalarda 10 nəfər ağır yaralanıb.

ABŞ-ın Kaliforniya ştatındakı Sakramento şəhərində neonasistlərlə antifaşistlər arasında qanlı toqquşma olub. Toqquşmalarda 10 nəfər ağır yaralanıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, yaralıların əksəriyyətinin vəziyyəti kritikdir.
Toqquşmalar neonasistlərin şəhərin mərkəzində mitinq keçirdiyi anda antifaşist "Antifa" hərəkatının mənsublarının yürüşə başladığı an, şəhər Kapitolisinin qarşısında yaşanıb. 

Sakramento polisinin yetkilisi Mett Makfeylin dediyinə görə, "Traditionalist Workers Party" hərəkatından olan neonasistlər Kapitoli binası qarşısında bazar günü, saat 12-də mitinq keçirməyə rəsmi icazə almışdılar.

Mitinq başlayan kimi Kapitolinin qarşısına antifaşistlər toplaşmağa başlayıblar.
Onlar neonasistlərin mitinqi ilə bağlı iki gün əvvəl sosial şəbəkələrdəki qruplarda yayılmış məlumatlar, xəbərdarlıqlar və çağırışlar vasitəsilə toplaşmışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31