İŞİD 19 qızı diri-diri yandırdı

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində 19 kürd əsilli qızı ictimaiyyət qarşısında edam ediblər.

Bu barədə RİA Novosti xəbər yayıb.

Hadisə şahidi Abdulla əl-Mallanın sözlərinə görə, iyunun 2-də İŞİD terrorçuları Mosulun mərkəzi meydanlarının birində 19 qızı yüzlərlə insanın gözü önündə yandıraraq edam ediblər.

"Qızlar xəlifət döyüşçülərinin seks kölələri olmaqdan imtina etdikləri üçün cəzalandırılıblar", - Abdulla deyib.

"Onları dəhşətli edamdan xilas etmək üçün heç kim heç nə edə bilmədi", - o əlavə edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00