Eyfel qülləsinin rəngini sosial şəbəkələr müəyyən edəcək

Avropa "Avro 2016" yarışına yenidən ev sahibliyi edəcək.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, yarışın sponsoru "Orange" şirkəti iştirak edən ölkələrinin bayraqlarının Eyfel qülləsinə əks olunacağını bildirib.
Məlumata görə, yarış ərzində "Facebook", "Twitter", "Instagram" sosial şəbəkələrində ən çox paylaşım edən ölkənin rəngləri Eyfel qülləsinə həkk olunacaq.

Günün qazanını şirkət özü izləyərək, qərar verəcək. Sponsor şirkət neqativ yolların qarşısını almaq üçün tədbirlər gördüyünü  də bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00