Klinton - Tramp 46:35
4 İyun 2016 07:42 DünyaABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton əsas rəqibi olan Donald Trampı 11% qabaqlayır.
Bu, "Reuters" agentliyi və "İpsos" araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda bəlli olub.
Demokrat partiyasının təmsilçisi H.Klintonu rəyi soruşulanların 46%-i, respublikaçı D.Trampı isə - 35%-i dəstəkləməyə hazırdır.
Qeyd edək ki, mayın sonunda Klinton Donald Trampı cəmi 3%-lik üstünlüklə qabaqlayırdı.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00