ABŞ-dan növbəti terror xəbərdarlığı
31 May 2016 23:14 DünyaABŞ Dövlət Departamenti Avropaya səfər etmək niyyətində olan ölkə vətəndaşlarına Polşa və Fransada terror təhlükəsinə dair xəbərdarlıq edib.
APA-nın verdiyi xəbərə görə, söhbət Polşada iyulun sonunda qeyd olunacaq katolik Ümumdünya Gənclər Günü və Fransada iyunun 10-da başlayacaq futbol üzrə Avropa Çempionatının oyunları zamanı silahlılar tərəfindən törədilə biləcək terror aktlarından gedir.
Məlumatda qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər.
Qeyd edək ki, KİV-lər bundan əvvəl İŞİD terrorçularının AVRO-2016 çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00