Qroznıda misli görünməmiş leysan şəhəri gölə çevirdi
31 May 2016 05:54 DünyaÇeçenistanda göydən tam bir su sütunu şəklində yağan leysan şəhərin küçələrini gölə çevirib.
Virtualaz.org Life.ru-ya istinadən xəbər verir ki, şəhərdə nəqliyyatın hərəkəti pozulub. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra elektrik yarımstansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün respublikanın müvafiq qurumlarının əməkdaşları səfərbər edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00