Rusiya Türkiyə limonuna da qadağa qoydu
12 May 2016 16:05 DünyaRusiyanın Kənd Təsərrüfatı Mallarına dövlət nəzarəti xidməti (Rosselxoznadzor) gələn həftədən etibarən Türkiyədən qabaq, limon və qreypfrutun idxalını dayandırmağı planlaşdırır. Bunu qurumun rəhbəri Sergey Dankvert bildirib. Onun sözlərinə görə, müvafiq qərarın qəbuluna fitosanitar qaydaların sistematik pozulması olub. S. Dankvert bildirib ki, Türkiyədən gətirilən məhsullarda fitosanitar qaydaların pozulması hallarına çoxdan rast gəlinir. Bununla yanaşı, o, qurumun qərarında hər hansı siyasi motivin olmadığını diqqətə çatdırıb. "Rosselxoznadzor" mayın 16-dan etibarən Türkiyədən Rusiyaya kahı idxalına müvəqqəti məhdudiyyət tətbiq ediləcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00