Dünya noutbuk bazarı 7,3 faiz azalıb

"TrendForce" analitiklərinin hesablamalarına görə, bu ilin birinci rübündə bütün dünyada 35 milyon 622 min ədəd mobil masaüstü kompüter satışa çıxarılıb. İKT.lent.az-ın "ixbt.com" saytına istinadən məlumatına görə, bu da ötən illə müqayisədə 7,3 faiz azalma deməkdir. Ötən rüblə müqayisə etdikdə isə bu azalma 19 faiz təşkil edib. İlk yeri noutbuk satışına görə bazarın 22,2 faizinə sahib "Lenovo" şirkəti tutub. "TrendForce"nin məlumatına görə, ötən rüb şirkət ikinci yeri tuturdu. İkinci yerə düşən HP şirkəti ümumi tədarükün 20,4 faizinə sahibdir. İlk üçlüyü isə ümumi bazar payının 14,7 faizinə sahib "Dell" şirkəti qapayır. Sonrakı yerlərdə "Asus" (11,4%), "Acer" (7,3%), "Apple" (7,1%), "Toshiba" (2,4%) və "Samsung" (2,2%) şirkətləri yer alır.

Qeyd edək ki, liderlərdən başqa "Acer"də "Apple" ilə yerlərini dəyişib. Rüblük nisbətdə noutbukların tədarükünün azalmasından danışdıqda, demək olar ki, "Lenovo" üçün bu azalma 10 faiz təşkil edib. HP satışlarında 21,2 faiz itirib, "Dell"in satışları isə 15 faiz azalıb. "Asus" şirkətində 28,9 faiz azalma qeydə alınıb, "Acer" üçün bu göstərici 24,7 faiz olub. "Apple"ın satışları isə 40,4 faiz azalıb. "Samsung" şirkəti isə əksinə satışlarını artırıb və bu artım 43 faiz təşkil edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00